Xəbər - Elçin Mehdiyev – Trend:
Koronavirus pandemiyası ilə sistemli şəkildə mübarizə aparılır.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkəmizin bütün resursları pandemiya ilə mübarizəyə cəlb edilib.
Ə.Əsədov vurğulayıb ki, ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması təmin edilib, modul tipli xəstəxanalar yaradılıb, o cümlədən xarici ölkələrdən tibbi personal dəvət edilib.
Baş nazirin sözlərinə görə, ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib.
Koronavirusa Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınıb ölkəmizə gətirilib. Nazir bildirib ki, bu günə qədər artıq 460 min nəfərə yaxın əhali vaksinasiya olunub.