Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar maşın və elektrik avadanlıqları olub.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.
O qeyd edib ki, ölkəyə idxal olunan məhsulların 23.6 faizi bu malların üzərinə düşür:
“Digər mallar isə nəqliyyat vasitələri və onların ehtiyat hissələri, qara metal və onlardan hazırlanan məmulatlar, əczaçılıq məhsulları və digər məhsullardır”.