Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub – Komitə sədri

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bunun 6 milyardı gömrük rüsumundan azad olunan məhsullardır:

“Ötən il ölkəyə 10 milyard dollar dəyərindən çox məhsul idxal olunub. Onlardan 4 milyard 398 milyon dolları, yəni 41 faizi idxal rüsumuna cəlb olunub. Digər məhsullar isə idxal rüsumundan azad olunanlardır”.

Teqlər: