Keçən il 190 nəfərə dosent elmi adı verilib.
Bu barədə AzerTimes-a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Həmin müddət ərzində ən çox filologiya elmləri üzrə dosent elmi adı alanlar olub. Belə ki, həmin rəqəm 36 olub.
Qeyd edək ki, keçən il 99 nəfərə elmlər doktoru, 526 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsi verilib.