2022-ci il sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirən azərbaycanlı gənc Cavad Heydərinin ailəsinin evinə gözyaşardıcı qaz atılıb.
AzerTimes xəbər verir ki, bu barədə onun bacısı Fatimə Heydəri məlumat verib.
O, gözyaşardıcı qazın hökumət məmurları tərəfindən atıldığını, ailəsinin evinin mühasirəyə alındığını deyib.
Bu addım sentyabrın 22-də Cavad Heydərinin öldürülməsinin ildönümündə keçirilməsi nəzərdə tutulan mərasimin qarşısının alınması üçün atılıb.
Qeyd edək ki, Cavad Heydəri öldürüləndən sonra məsələni ictimailəşdirdiyi və hakimiyyətə etiraz etdiklərinə görə onun ailə üzvləri – valideynləri və 3 qardaşı həbs edilib.
Onlar bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.