Ötən il koronavirusla bağlı həkimlərin 2-3 min manat əlavə bonusları olub – Agentlik

Xəbər - Samir Əli – Trend:

Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu 23 rayon və şəhərdə koronavirusla mübarizə aparan həkimlərin bonuslarının miqdarı 2000-3000 manat civarında olub.

AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.


O bildirib ki, əvvəlki təcrübəyə görə, bonus və əlavələrin hesablanması ilə bağlı müəyyən gecikmələr olurdu: “Bu da tibb müəssisələrinin siyahını gec təqdim etməsi ilə bağlı idi. Elə hal olurdu ki, əlavələrin hesablanması 3-4 ay yubanırdı. Vaxt keçdikcə problem aradan qalxdı və siyahılar əvvəlki kimi gecikmir. Artıq aprel ayı bitir və may ayının bonusları, demək olar ki, hesablanmağa başlayıb. Qeyd edim ki, bu kimi yubanmaların bizim agentlikdə əlaqəsi yoxdur”.

Teqlər: