Bu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min
nəfər və ya 1,4 faiz artaraq 1702,8 min nəfər olmuş, onlardan 905,0
min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.
Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,7 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,2 faizi
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi
tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi
və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9
faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat olmuşdur.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta
fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət,
eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq
nominal əməkhaqqı daha yüksək olub.