Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ildə Azərbaycan idmançıları 500-dən çox medal qazanıb.
AzerTimes-ın məlumatına görə, ötən il dünyada keçirilmiş 182 beynəlxalq yarışda Azərbaycanın yığma komandalarının iştirakı təmin olunub.
Bu dövr ərzində idmançılarımız tərəfindən olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 179 qızıl, 147 gümüş və 193 bürünc olmaqla, ümumilikdə 519 medal əldə edilib.