Həssas əhali qruplarından olan şəxslərin və ailələrin dəstəklə təminatı işlərində dövlət qurumları və özəl şirkətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində mühüm layihələr icra ediblər.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən təkcə ötən il tənha yaşlı və tənha əlilliyi olan şəxslərə, ailə başçısını itirmiş, aztəminatlı, həmçinin tərkibində sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə 200 min ərzaq yardımı təqdim edilib. Həmçinin, dövlət qurumları (Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Baş Prokurorluq və s.) və özəl şirkətlər (“Azercell Telekom”, “Gilan Holdinq”, ”Binə Aqro”, “A-Qrup Sığorta”, “İSR Holdinq” və s.) bu istiqamətdə mühüm sosial layihələr icra ediblər. Bu layihələr üzrə də həssas qruplardan olan şəxslərə və ailələrə 100 min ərzaq payı verilib.
Ümumilikdə ötən il sosial tərəfdaşlar tərəfindən həssas qruplardan olan şəxslərə və ailələrə 300 min ərzaq payı verilib.