Xəbər - Samir Əli – Trend:
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş 2 oğurluq faktının açılması təmin edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşylarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır