Ötən il əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ildə əsas kapitala 16 milyard 127,0 milyon manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3 faizi) xidmət sahələrinə, 1029,5 milyon manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.


Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 015,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil edib.

Teqlər: