Ötən il elektrik enerjisi istehsalı 8 faizə yaxın artıb

2021-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 27
855,7 mln. kVt·st olub və 2020-ci illə (25 811,2 mln. kVt·st)
müqayisədə 2 044,5 mln. kVt·st (7,9%) artıb.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2021-ci
ildə respublikada ümumi elektrik enerjisinin istehlakı 23 435,6
mln. kVt·st olub və 2020-ci illə (21 969,9 mln. kVt·st) müqayisədə
1465,7 mln. kVt·st (6,7%) artıb.

2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26 238,5
mln. kVt·st, SESlərdə 1277,3 mln. kVt·st, digər mənbələr üzrə isə
cəmisi 339,9 mln. kVt·st, o cümlədən, KES-lərdə 91,5 mln. kVt·st,
GES-lərdə 55,2 mln. kVt·st, bio ES-lərdə 193,2 mln. kVt·st
olub.

Teqlər: