Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 8 milyard 129,6 milyon manat təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 6 milyard 192,3 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 76,2 %-ni təşkil edib.
11 ay ərzində hər bir ölkə sakini orta hesabla 807,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 122,3 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.