Ötən il ƏƏSMN və qurumlarında 566 mindən çox vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən ötən il 566 288 vətəndaşın qəbulu həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, onlardan 3580-i Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 562 708-i nazirliyin və qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, ötən il 1 412 491 vətəndaş müraciəti (o cümlədən, Nazirlik və qurumları tərəfindən 427 979 və 142 Çağrı Mərkəzi vasitəsilə 899 354, sosial şəbəkələr üzərindən 85 158 müraciət) cavablandırılıb.


Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Teqlər: