Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) 2020-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 24,2 faiz artaraq 5,36 milyard manat təşkil edib.
AzerTimes-ın məlumatına görə, bu barədə 2020-ci il üzrə SOFAZ-ın auditor rəyində deyilir.
Ötən il fondun əməliyyat mənfəəti 20 faiz artaraq 5,33 milyard manata bərabər olub.
Auditor rəyinə əsasən, əməliyyat mənfəətinin 39 faizi qızıl külçələrdən gəlir hesabına əldə edilib. Öz növbəsində, bu göstərici 2019-cu illə müqayisədə 72,4 faiz artaraq 2,06 milyard manat təşkil edib.
Mənfəət vergisinə 593 min manat vəsait yönəldilib, vergilərin ödənməsinədək SOFAZ-ın xalis mənfəəti 5,359 milyard manata bərabər olub.
Bununla yanaşı, Dövlət Neft Fondu valyuta əməliyyatları üzrə məzənnə fərqindən də gəlir əldə edib. 2020-ci ildə bu kateqoriya üzrə 1,244 milyard manat olub, 2019-cu ildə bu göstərici 524,3 milyon manata bərabər idi.
2020-ci ildə SOFAZ-ın Mərkəzi Bankda hesablarındakı vəsait 57,6 faiz artaraq 1,53 milyard manatı ötüb.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)