Xəbər - Elçin Mehdiyev- Trend:
Ağır iqtisadi fəsadlara baxmayaraq ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub.
AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2020-ci il üçün nəzərdə tutulan bütün sosial layihələrin maliyyələşdirilməsi tam təmin olunub.
S.Şərifov həmçinin qeyd edib ki, tezliklə öz doğma məskənlərinə dönəcək məcburi köçkünlərlə bağlı işlər də davam etdirilir: “Eyni zamanda ötən il hərbi qulluqçulara 485 mənzil verilib”.