Ötən il birinci Qarabağ müharibəsi itkinlərinin ailələrindən 800-ə yaxın bioloji nümunə götürülüb – BQXK

2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən
90-cı illərdə müharibə nəticəsində itkin düşmüş 316 nəfərin
ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait
yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç
komitəsinin ötən ilki fəaliyyəti ilə bağlı keçirilən tədbirdə qeyd
edilib.

Bildirilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə
2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqların
axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Həmçinin, 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib,
258 itkin ailəsinə maliyyə yardımı edilib.

Teqlər: