Ötən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində protokol tərtib edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində
inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə
göndərilib.

AzerTimes-ın xəbərinə
görə, bu barədə məlumat Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqanın illik məruzəsində əks olunub.

Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə
sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna
xitam verilib, 10 protokol isə baxılmaqdadır.

Teqlər: