Ötən il Baş Prokurorluq tərəfindən valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 12 mülki iddia qaldırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, 2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib. Karantin rejiminin pozulması, sağlamlığın qorunması,əmək qanunvericiliyi sahəsində vətəndaşların hüquqlarının pozulması, ekoloji hüquq pozmalar və s. inzibati xətalara dair 131 inzibati icraat başlanmaqla baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib,nəticədə 261.544 manat həcmində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Habelə hesabat dövründə 45 cinayət işi başlanıb.
“Uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 19 uşağın 15 valideyni barəsində 12 mülki iddia qaldırılıb”, – K.Əliyev deyib.