Ötən il Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2% artıb – Nazir

2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2%
artıb.

AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı
inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü
əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

Onun sözlərinə görə, nominal ÜDM 93 milyard manat təşkil edib
ki, bu da 2019-cu illə müqayisədə 11 milyard artım deməkdir.


“Həmçinin, 2021-ci ildə strateji valyutanın artımı 53 milyard
dollar təşkil edib”, – nazir bildirib.

Teqlər: