Ötən il Azərbaycanda ovlanan balığın çəkisi açıqlanıb

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına
müvafiq olaraq, Azərbaycanda 2021-ci ildə 279 hüquqi və fiziki
şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş
1837,4 ton kvotaya qarşı 1463,6 ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, ovlanmış balığın 922,6
tonu kilkə, 109,8 tonu kütüm, 89,4 tonu siyənək, 89,1 tonu kefal,
65,7 tonu külmə, 44,5 tonu çapaq, 49,1 tonu çəki, 25,4 tonu
dabanbalığı, 11,8 tonu sıf, 13,2 tonu şamayı, 5,0 tonu naxa, 2,8
tonu qarasol, 1,8 tonu x əşəm, 1,0 tonu durna balığı, 1,1 tonu
xərçəng, 31,3 tonu digər balıq növlərinin payına düşüb.

2021-ci ildə balıqçılar tərəfindən kvota üçün 119,2 min manat
ödənilib.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki
şəxslər tərəfindən ümumilikdə 2021-ci ildə ilkin məlumata görə
59513 ton balıq ovlanmışdır ki, bu da 2020-ci ildəkindən 2,8 faiz
azdır.

Teqlər: