Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ildə Azərbaycanda baş verən ölüm hallarının sayı məlum
olub.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, ötən il ölkədə 76 878
ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi
7,7 təşkil edib.
Ölənlərin 1 793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7 747 nəfəri
(10,1 faizi) 18-49 yaşda, 21 004 nəfəri (27,3 faizi) 50-64 yaşda,
46 334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.