Ötən il Azərbaycanda 5,4 milyon manatlıq yararsız əskinas dəyişdirilib

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı 12,5 milyard manat və ya 492 milyon əskinas dövriyyəyə buraxıb, 13,9 milyard manat və ya 556 milyon əskinas isə dövriyyədən çıxarılıb.

Trend bu barədə Mərkəzi Banka istinadən məlumat verir.

Ötən il “dövriyyədə təmiz pul siyasəti”nin reallaşdırılması çərçivəsində 8,8 milyard manat avtomatlaşmış sistemlərdə emal olunub və təkrar dövriyyəyə buraxılıb.


Eyni zamanda 2020-ci ildə Mərkəzi Bankda yaradılmış xidmət kassaları vasitəsilə əhali 5,4 milyon manat yararsız əskinası dəyişib.

Ötən il, həmçinin Mərkəzi Bank tərəfindən 29 523 manat məbləğində 628 saxta əskinas aşkar edilərək dövriyyədən çıxarılıb. Bu, 2019-cu illə müqayisədə 30 faiz azdır.

Teqlər: