Ötən il azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi fəaliyyətə başlayıb

2021-cu ildə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

“Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlanılıb.


Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamış, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.

İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib” – deyə məlumatda qeyd olunub.

Teqlər: