Ötən il AÇQ yataqlarından 24 milyon tona yaxın neft hasil edilib

Xəbər - Çingiz Səfərli – Trend:

2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqları üzrə ümumilikdə 23,55 milyon ton neft hasil edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik hesabatında qeyd olunub.

Fəaliyyət göstərən 6 platformadan, o cümlədən “Çıraq” platformasından 1,72 milyon ton, “Dərinsulu Günəşli” platformasından 4,71 milyon ton, “Qərbi Çıraq” platformasından 2,49 milyon ton, “Mərkəzi Azəri” platformasından 5,59 milyon ton, “Şərqi Azəri” platformasından 3,17 milyon ton və “Qərbi Azəri” platformasından 5,87 milyon ton neft hasil olunub.

İlin sonuna AÇG-də ümumilikdə 131 neft hasilat, 52 suvurma və 8 qazvurma quyusu istismarda olub.

2020-ci ildə blokda 11 neft hasilat və 2 suvurma quyusu qazılıb və AÇG layihəsinə təqribən 531 milyon ABŞ dolları əməliyyat və 1 milyard 817 milyon ABŞ dollarından çox əsaslı məsrəflər xərclənib.

Twitter: @cingizsafarli

Teqlər: