Xəbər - Çingiz Səfərli -Trend:
Son tarif dəyişikliyindən sonra limitlər üç qrupa bölünür. 1200, 2500 və 2500 kubmetrdən yuxarı. 2021-ci il ərzində 52,5% abonent, təxminən 1 milyon 262 min 820 abonent aşağı limit tarifindən, yəni 1200 kubmetrdən istifadə edib.
AzerTimes xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Baş direktor qeyd edib ki, 1 milyon 443 min abonent 1200 kubmetri keçməyib.
“Qaz limitini keçməyən əhali qrupu təxminən 47,5%-dir. İlin ortasında dəyişiklik olduğuna görə bu rəqəmlər fərqlidir. Belə ki, 1 milyon 142 min 413 abonent sonuncu tariflə, yəni 1200 kubmetri keçməyənlərdir. Bu da 47,5 faiz təşkil edir”, – deyə baş direktor bildirib.
Ruslan Əliyev 2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin 7,52 milyard kubmetr təbii qaz qəbul etdiyini açıqlayıb.
“Bu, 2020-ci illə müqayisədə 774 milyon kubmetr və yaxud 11,5% çoxdur. Ötən ilki həcm əvvəlki illərlə müqayisədə ən çox qəbul edilmiş həcmdir. Bunun 5,43 milyard kubmetri əhaliyə, 2,1 milyard kubmetri isə sənaye müəssisələrinə satılıb”, – deyə R.Əliyev qeyd edib.