Ötən il 6,2 milyondan çox şəxs toya getmək üçün qeydiyyatdan keçirilib

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi
məqsədilə icaze.e-gov.az portalı Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı
Mərkəzi (EHİM) tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən
aktivləşdirilib.

Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120
şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq
qeydiyyatdan keçirilib.

Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın
tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Teqlər: