Ötən il 5 prokurorluq əməkdaşı nöqsanlara görə vəzifəsindən azad edilib

Xəbər - Samir Əli – Trend:

Ötən il fəaliyyətində nöqsanlara yol verən 52 prokurorluq əməkdaşı cəzalandırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.


“Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib,” – müşavirədə deyilib.

Teqlər: