Ötən il 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanıb

2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermis 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 466-dır.

Belə ki, 2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermis 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Teqlər: