Həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib.
AzerTimes-ın xəbərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov videokonfrans formatında keçirilmiş Kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.