Ötən il 206 milyon manatdan çox maddi ziyanın ödənilməsi təmin edilib – Baş Prokurorluq

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, bu günün rəqəmi isə 206.257.561-dir.

Belə ki, 2021-ci ildə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 206.257.561 manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.


Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Teqlər: