Ötən il 18 min nəfərin pensiyasında əksik ödəmə aşkarlanıb – DSMF

Xəbər - Humay Ağacanova – Trend:

2021-ci ildə 18 min nəfərin pensiyasında əksik ödəmə aşkarlanıb.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

O qeyd edib ki, bu məbləğ aylıq 500 min manatdan çox illik 6 milyon manata yaxın məbləğdir.


“Vətəndaşın məlumatı olmadan belə onun pensiyası yenidən hesablanaraq şəxsin müvafiq kart hesabına köçürülüb. Həmin şəxs vəfat etmiş olsa belə əksik yenidən hesablamadan sonra sözügedən məbləğ onun vərəsələrinə ödənilir”, – deyə o bildirib.

Teqlər: