Xəbər - Çingiz Səfərli – Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə ötən il 8 162 korrespondensiya daxil olub, 10 917 ədəd məktub və sənəd icra olunub.
Bu barədə AzerTimes-a Agentlikdən məlumat verilib.
Məlumata görə, onlardan ətraf mühitə təsir göstəricilərinə dair 420 ekoloji sənəd (atıla bilən tullantı haddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport vo invertarlaşma), atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə 113, su obyektilərindən xüsusi məqsədlər üçün istifadəyə dair 724 icazə sənədi verilib.
Bundan başqa, yaşıllıqların götürülməsinə dair 1 018 müraciətə müsbət rəy verilib, yaşıllıqların toxunulmaz qalmasına dair 106 müraciət cavablandırılıb, budama və digər məsələlərlə əlaqədar vətəndaşlara və təşkilatlara 1371, strukturdaxili qurumlara isə 845 mektub göndərilib.
Müvafiq qanunvericiliklƏ ETSN-nin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxal və ixracı üzrə 141 müraciətə baxılaraq cavablandırılması təmin edilib. Radioaktiv və digər təhlükəli maddələrə nəzarətin təmin olunması ilə əlaqədar daxil olmuş Nazirlər Kabinetinin 14 tapşırığına baxılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verilib.