Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda ötən il 10 mindən çox müəllim stimullaşdırıcı tədbirlərə cəlb edilməklə kənd məktəblərində fəaliyyətə başlayıb.

AzerTimes-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.


Hesabatda bildirilir ki, keçən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün 53,9 min elektron müraciət daxil olub. Müsabiqə nəticəsində 7,9 min müəllim işə qəbul edilib.

Teqlər: