Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən həftə ərzində 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən 1-7 mart tarixlərində 13 qazinin tibb xərcləri ödənilib.
Bundan əlavə 36 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.
Qeyd olunub ki, daha 166 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 60 şəxsin tibb xərclərinin ödənilməsi və 117 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.