Sentyabrın 13-dən 18-dək 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 59 piyada əleyhinə mina, 4 tank əleyhinə mina və 85 partlamamış hərbi sursat aşkarlanıb.