Ötən gün toylarda karantini pozan 1 nəfər cərimələnib, 7 nəfər mərasimə buraxılmayıb

Xəbər - Samir Əli – Trend:

Yanvarın 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 64 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.


7 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: