Xəbər - Samir Əli – Trend:
Yanvarın 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 82 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 3 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.