Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ayın 18-dən başlayan vaksinasiya prosesində indiyə qədər 72 nəfərə vaksin vurulub.
Bu barədə AzerTimes-a Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib. Onun sözlərinə görə, vaksin vurulan şəxslərin vəziyyəti tam normaldır:
“Tək ötən gün poliklinikamızda 52 nəfər vaksinasiya olunub. Bu gün səhər 09:00-dan etibarən hazırkı vaxta qədər isə 6 nəfərə vaksin vurulub”.
Baş həkim əlavə edib ki, vaksinasiya olunan şəxslərin hamısı tibb işçiləridir.