Xəbər - Samir Əli – Trend:
Martın 10-da polis əməkdaşları tərəfindən 2 nəfər aktiv
koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək
saxlanılıblar.
Dxaili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, polis
əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə
olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə
izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə
yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları
məlumatlandırılıb.