Ötən sutka dənizdə qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyiti çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 91 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib. Həmçinin, Nərimanov rayonunda 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyiti bağlı qapı arxasında aşkar olunaq təhvil verilib.
Bundan başqa, dənizdə qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.