Ötən gün COVID pasportu olmayan daha 18 nəfər toya buraxılmadı

Xəbər - Samir Əli – Trend:

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 301 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 18 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: