Ötən gün COVID pasportu olmayan 44 nəfər toya buraxılmadı

Xəbər - Samir Əli – Trend:

Dekabrın 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 44 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: