Ötən gün COVID pasportu olmayan 212 nəfər toya buraxılmadı

Xəbər - Samir Əli – Trend:

Fevralın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində
240 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a veriloən məlumata görə,
monitorinq 238 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub, 212 nəfər COVID-19 pasportu olmadığına görə
şənliyə buraxılmayıb.

Teqlər: