Ötən gün Bakıda havanın temperaturu iqlim normasından yüksək olub

Aprelin 30-da Bakıda havanın maksimal temperaturu iqlim
normasından 3.5° yüksək olub, Bakıda və Abşeron yarımadasında
18-20° isti, Naxçıvan MR-da 22-26° isti, dağlıq rayonlarda 19°-dək
isti, aran rayonlarında 23-28° isti olub.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, aprelin 30-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda
20 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Mayın 1-i saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək
çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan
xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata
əsasən, düşən yağışın miqdarı: Zaqatalada 47.0 mm, Balakəndə 29.0
mm, Sarıbaşda (Qax) 10.0 mm, Kişçayda (Şəki) 5.0 mm, Lerikdə 4.0
mm, Qrızda 3.0 mm, Qusar, Ordubad, Ağdərədə (Ordubad) 2.0 mm, Şəki,
Quba, İmişli, Qəbələ, Qax, Sabirabad, Cəfərxan, Salyanda 1.0
mm-dək, Bakıda və Abşeron yarımadasında: Binə, Bakıda 1.0 mm-dək
olub.

Mayın 2 və 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb
küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25
m/s-dək güclənəcəyi gözlənilir.

Respublikanın bölgələrində də yağıntılı hava şəraitinin davam
edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
daşqın və sel keçəcəyi ehtimal olunur.

Teqlər: