Ötən gün axtarışda olan 27 nəfər saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Fevralın 8-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Teqlər: