Xəbər - Samir Əli – Trend:
Fevralın 6-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.