Ötən gün 70-ə yaxın toyda monitorinq aparılıb

Xəbər - Samir Əli – Trend:

Fevralın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 67
toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
monitorinq 61 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub.


1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.

62 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə
buraxılmayıb.

Teqlər: