Ötən gün fəaliyyət göstərən 8 humanitar dəhliz vasitəsilə 6 623
nəfəri təxliyə etmək mümkün olub.
AzerTimes-ın məlumatına görə, bunu növbəti videomüraciətində Ukrayna
Prezidenti Volodimir Zelenski deyib.
“Şənbə günü səkkiz humanitar dəhliz fəaliyyət göstərib. 6 623
nəfəri xilas etmək mümkün olub. <…> Atəş açıldığına görə
biz Kiyev vilayətinin Borodyanka şəhərindən insanları təxliyə edə
bilmədik. Amma biz bu cəhdləri davam etdirəcəyik. Ukraynalılar
Bervitsa, Buça, Boqdanovkadan Brovarıya təxliyə edilib. Luqansk
vilayətinin Lisiçansk, Popasna, Severodonetsk və Rubijne
ərazilərində insanlar Baxmuta aparılıb. Mariupolun 4000-dən çox
sakini Zaporojyeyə gedə bilib”, – deyə V.Zelenski bildirib.
Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, Xerson vilayətinə
humanitar yardım çatdırmaq mümkün olmayıb.