Ötən gün 173 toyda monitorinq keçirilib, 3 nəfər cərimələnib

Fevralın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida
Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika
ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən AzerTimes-a verilən məlumata göə,
monitorinq 170 şadlıq sarayında, üç şəxsi həyətyanı sahədə
keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə üç nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 59 nəfər
şənliyə buraxılmayıb.

Teqlər: